Kimlər üçün

Təhlükəli mallarla işləyən yükgöndərənlər, qablaşdırıcılar, ekspeditorlar və yükdaşıma agentləri, həmçinin təhlükəli malların daşınması üçün cavabdehlik daşıyan təhvil-təslim heyəti üçün.

Müddəti

5 gün

Məqsəd

Nümayəndələri İATA-nın (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) Təhlükəli Malların Daşınması Qaydalarına əməl olunmasının təmin edilməsi üçün tələb olunan biliklə təmin etmək.

Təhlükəli mallarla əlaqəli əməliyyatlarda iştirak edən işçilərə 2008-ci il tarixli İMDG Məcəlləsinə (Dəniz yolları ilə təhlükəli yüklərin daşınmasına dair Beynəlxalq Məcəllə) əsasən tələb olunan təlimin verilməsi.

Təlimin məzmunu

  • Təhlükəli Malların Daşınmasının ümumi fəlsəfəsi
  • Təhlükəli Malların Hava Nəqliyyatı ilə Daşınması qaydalarının tətbiqi
  • Müəyyən Təhlükəli Malların hava nəqliyyatı ilə daşınmasına dair məhdudiyyətlər
  • Təhlükəli Malların təsnifatı və müəyyənləşdirilməsi
  • Etiketləmə və nişanlama
  • Sənədləşdirmə
  • Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya
  • Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında Beynəlxalq Konvensiya
  • İMDG Məcəlləsi
  • Təhlükələrin təsnifatı
  • Təhlükəli malların qablaşdırılması
  • Qablaşdırma spesifikasiyaları
  • Nişanlama və etiketləmə
  • Sənədləşdirmə
  • Saxlama və seqreqasiya tələbləri
  • Gəmilərin içində saxlama yeri

Qiymət

$650

Əsas məlumat

  • Yer OTI Təlim Mərkəzi, Bakı, Azərbaycan
  • Başlama vaxtı 9.00
  • Müddəti 5 gün
  • Qiymət (ƏDV xaric) $650
  • Etibarlılıq 2 il
  • Akkreditasiya IATA