Kimlər üçün
Bu təlim proqramı dənizdə neft və qaz sənayesində yeni işə başlayan (və ya geri qayıdan), su hövzəsi üzərində helikopterlə səyahət zamanı sıxılmış havada qəza nəfəslama sistemi (CA-EBS) ilə təchiz olunacaq, təlimin bütün nəticələri əsasında rəsmi qaydada qiymətləndiriləcək OPİTO tərəfindən təsdiqlənmiş təlim mərkəzində iştirak etməzdən qabaq BOSİET (CA-EBS ilə) onlayn proqramı vasitəsilə BOSİET proqramına dair əsas bilikləri mənimsəməyi seçən işçilər üçün dənizdə ilkin təhlükəsizlik və fövqəladə hallara müdaxilə təliminin tələblərinə cavab vermək üçün nəzərdə tutulmuşdur.
Müddəti
1 gün
Məqsəd
İştirakçıları dəniz qurğularına aid xüsusi təhlükəsizlik məsələləri və rejimləri ilə tanış etmək və onları helikopter vasitəsilə dəniz qurğularına səyahət etmək üçün lazım olan fövqəladə hallara müdaxilə üzrə ilkin bilik və bacarıqlarla təmin etmək.
Təlimin nəticələri
- Dənizdə təhlükəsizliyin əsasları ilə tanışlıq
Dənizdə təhlükəsizliyə dair qanunvericilik
Dəniz təhlükələri barədə məlumatlılıq
Sağlamlıq və təhlükəsizlik öhdəlikləri
Göyərtədə fövqəladə vəziyyətə hazırlıq işləri
- Helikopterdə təhlükəsizlik və qəza vəziyyətindən çıxış üzrə təlim
Helikopterlərlə tanışlıq
Uçuşa qədər, uçuş və tərketmə zamanı prosedurlar
Helikopterdə fövqəladə vəziyyətlər
Qəza halında nəfəsalma sistemləri (Compressed Air EBS)
Quru mühitdə istifadə qaydaları
Suda istifadə qaydaları
- Dənizdə xilasolma
Platformada qəza siqnalları
Dəniz platformalarında xilasetmə avadanlıqları (xilasedici jiletlər, xilasedici sallar, xilasedici qayıqlar)
Praktik məşğələlər
- Dənizdə İlk Yardım
İlkin qiymətləndirmə
Süni nəfəs vermə və ürəyin qapalı masajı (CPR)
Qanaxma və şok vəziyyətinin idarə olunması
- Yanğınsöndürmənin əsasları və özünü xilasetmə üsulları
Alovlanma və yanğın üçbucağı nəzəriyyəsi
Alovun yayılması
Yanğınsöndürmə vasitələri (su, quru toz, köpük, CO2, yaş kimyəvi maddələr)
Göyərtədə yanğının əsas səbəbləri
Göyərtədə sabit sistemlər
Əllə daşına bilən odsöndürənlərdən praktik istifadə qaydaları
Özünü xilasetmə texnikaları
Tənəffüs yollarını mühafizə edən avadanlıqlar
Praktik özünü xilasetmə