Kimlər üçün
Açıq və qapalı məkanlarda istehsal müəssisəsində yanğınsöndürmə briqadasının üzvləri kimi xidmət göstərən işçilər (və ya bənzər yanğınsöndürmə vəzifəsini icra etməsi nəzərdə tutulan digər şəxslər) üçün.
Müddəti
2 gün
Məqsəd
Yanğın briqadası üzvlərinin qapalı məkanda çıxan yanğınları təhlükəsiz şəkildə və məharətlə söndürməsinə imkan yaratmaq üçün tələb olunan bacarıq və bilikləri vermək.
Təlimin məzmunu
1-ci Gün
- Kursa Qeydiyyat və Tanışlıq
- FMV – onların yoxlanılması, istifadəsi və texniki qulluğu
- Tənəffüs aparatından istifadə öncəsi və gündəlik yoxlamalar
- SCBA-nın düzgün geyinilmə və çıxarılma üsulları
- Nəfəsalma aparatının idarəetmə paneli ilə tanışlıq
- Dumanda hərəkət etməyin düzgün yolları
- Zərərçəkənlərin daşınması
- Axtarış və xilasetmə üsulları
- Konstruksiyanın içində hərəkət edərkən şlanqlarla rəftar qaydası
- Pilləkəndən istifadə qaydaları
- Qapalı məkanda yanğınsöndürmə
- İstifadə olunmuş avadanlıqların təmizlənməsi
- Sual-cavab
2-ci Gün
- Qapalı məkanda yanğınsöndürmə zamanı köpükdən istifadə qaydaları
- Qapalı məkanda yanğınsöndürmənin bütün aspektlərini məşq etdirmək üçün nəzərdə tutulan müxtəlif məşğələlər
- İstifadə olunmuş avadanlıqların təmizlənməsi
- Sual-cavab
Bu kursa hər bir namizədin səriştə və bacarıq əldə etmə səviyyəsinin mütəmadi və gündəlik qiymətləndirilməsi, habelə yekun ümumi yazılı qiymətləndirmə daxildir.
Qiymət
1200$