Kimlər üçün

Bu təlim proqramı dənizdə neft və qaz sənayesində yeni işə başlayan (və ya geri qayıdan), su hövzəsi üzərində helikopterlə səyahət zamanı qəza nəfəsalma sistemi (EBS) ilə təchiz olunacaq, təlimin bütün nəticələri əsasında rəsmi qaydada qiymətləndiriləcək, OPİTO tərəfindən təsdiqlənmiş təlim mərkəzində iştirak etməzdən qabaq BOSİET (EBS ilə) onlayn proqramı vasitəsilə BOSİET proqramına dair əsas bilikləri mənimsəməyi seçən işçilər üçün dənizdə ilkin təhlükəsizlik və fövqəladə hallara müdaxilə təliminin tələblərinə cavab vermək üçün nəzərdə tutulmuşdur.

Müddəti

1 gün

Məqsəd

Bu sahədə yeni işə başlayanların və müvafiq dəniz qurğusuna yeni gələn, lakin dənizdə iş təcrübəsi olan işçilərin aşağıdakı sahələrdə öz bacarığını nümayiş etdirə bilməsini təmin etmək:

  • Texniki təhlükəsizlik tələblərini yerinə yetirmək
  • Qurğu ilə bağlı təhlükələrə nəzarət etmək
  • Fövqəladə vəziyyətdə hərəkət etmək
  • Fərdi mühafizə vasitələrindən istifadə etmək
  • SƏTƏM üzrə öz fərdi öhdəliklərini yerinə yetirmək

Təlimin məzmunu

  • Dənizdə təhlükəsizliyin əsasları ilə tanışlıq

Dənizdə təhlükəsizliyə dair qanunvericilik

Dəniz təhlükələri barədə məlumatlılıq

Sağlamlıq və təhlükəsizlik öhdəlikləri

Göyərtədə fövqəladə vəziyyətə hazırlıq işləri

  • Helikopterdə təhlükəsizlik və qəza vəziyyətindən çıxış üzrə təlim

Helikopterlərlə tanışlıq

Uçuşa qədər, uçuş və tərketmə zamanı prosedurlar

Helikopterdə fövqəladə vəziyyətlər

Qəza halında nəfəsalma sistemləri (EBS)

Quru mühitdə istifadə qaydaları

Suda istifadə qaydaları

  • Dənizdə xilasolma

Platformada qəza siqnalları

Dəniz platformalarında xilasetmə avadanlıqları (xilasedici jiletlər, xilasedici sallar, xilasedici qayıqlar)

Praktik məşğələlər

  • Dənizdə ilk yardım

İlkin qiymətləndirmə

Süni nəfəs vermə və ürəyin qapalı masajı (CPR)

Qanaxma və şok vəziyyətinin idarə olunması

  • Yanğınsöndürmənin əsasları və özünü xilasetmə üsulları

Alovlanma və yanğın üçbucağı nəzəriyyəsi

Alovun yayılması

Yanğınsöndürmə vasitələri (su, quru toz, köpük, CO2, yaş kimyəvi maddələr)

Göyərtədə yanğının əsas səbəbləri

Göyərtədə sabit sistemlər

Əllə daşına bilən odsöndürənlərdən praktik istifadə qaydaları

Özünü xilasetmə texnikaları

Tənəffüs yollarını mühafizə edən avadanlıqlar

Praktik özünü xilasetmə

Qiymət

Bizimlə əlaqə saxlayın