Kimlər üçün

Qaldırma əməliyyatları zamanı Slinger/Signaller rolu üçün irəli sürülən personal


 

Müddəti

2 gün

Təlimin məzmunu

  • Yükün qaldırma xüsusiyyətləri ilə əlaqəli şifahi/yazılı məlumatları izah etmək qaydası
  • Yükün (yük və qaldırıcı avadanlığın) çəkisini müəyyənləşdirmək qaydası
  • Yükün zədələnməsinin qarşısını almaq üçün yükün konstruksiyasını müəyyənləşdirmək qaydası
  • Yazılı məlumat olmadan yüklərin çəkisini təxmin etmək üsulları
  • Müvafiq tapşırıq üçün uyğun qaldırıcı avadanlıq (zəncir, toxunmuş qaldırıcı kəmər, qandal, qaldırıcı dirək və s.) növünün müəyyənləşdirilməsi və seçilməsi
  • Qaldırıcı avadanlıqların qanunla müəyyən olunmuş tələblərə uyğunluğunu yoxlama prosedurları
  • Qanunla müəyyən olunmuş tələblərə cavab verməyən qaldırıcı avadanlıqların təcrid prosedurları
  • Qaldırıcı avadanlıqlarla (kran və s.) bağlı ilməkçi siqnalçının cavabdehliyində olmayan problemlərin məruzə edilmə qaydaları
  • Hərəkət etdirilən yüklərin zədələnmədən qorunması üsulları (müvafiq qablaşdırmadan istifadə)
  • Qaldırıcı avadanlıqlardakı yükün qaldırıcı dirəklərdən istifadə zamanı əzilməsinin qarşısının alınması
  • İlməkçi və kran operatoru arasında razılaşdırılmış əlaqə üsulu yaratmaq
  • Təsdiqlənmiş əl siqnalları və/və ya iki istiqamətli radiodan istifadəyə ehtiyac
  • Ekoloji vəziyyətin nəzərə alınması
  • Təsdiq Olunmuş Təhlükəsiz Yükqaldırma Planı
  • Təsdiq olunmuş təhlükəsiz yükqaldırma planından istifadə qaydasını izah etmək
  • Yükün xüsusiyyətlərini (ağırlıq mərkəzi, təhlükəsizlik, növ və s.) izah etmək
  • Tələb olunan kran növünü və yükqaldırma qabiliyyətini müəyyənləşdirmək
  • Hava şəraitinin (külək, qar, buz və s.) təsirlərini izah etmək
  • Yük qaldırıcı kəmərlərin tənzimləmələrini (kəmərlərin bucağı, kəmər seçimi və s.) izah etmək və başa salmaq
  • Qablaşdırmadan necə və nə vaxt istifadə olunmasını və yükçəkən kanatları bağlamağın qaydasını izah etmək
  • Təyin edilmiş şəxslərin vəzifə və öhdəliklərini izah etmək
  • İlməkçi siqnalçının vəzifə və öhdəliklərini izah etmək
  • İşçi və avadanlıqların bir-birinə yaxın məsafədə işləməsi ilə bağlı riskləri izah etmək və müəyyənləşdirmək
  • Yükün haradan qaldırılıb hara qoyulmasının başa düşülməsi üçün onun səbəblərini izah etmək
  • Qaydalar və Texniki Normalar
  • Yükqaldırma Əməliyyatları və Yükqaldırma Avadanlıqları haqqında Qaydalar (LOLER 1998) izah etmək
  • LOLER ilə İş Avadanlıqlarının Təchizatı və İstifadəsi Qaydaları (PUWER 1998) arasındakı əlaqəni izah etmək
  • İş Yerində Sağlamlıq və Əməyin Təhlükəsizliyi Aktı (HASAWA 1974) üzrə vəzifə və öhdəlikləri izah etmək
  • İş planı, risklərin qiymətləndirilməsi, işləməyə icazənin verilməsi məsələlərini izah etmək

Qiymət

$135 bir gün ücün

Əsas məlumat

  • Yer Sifarişçinin İş Sahəsi
  • Başlama vaxtı 9.30
  • Müddəti 2 gün
  • Qiymət (ƏDV xaric) $135 bir gün ücün
  • Etibarlılıq 2 il
  • Akkreditasiya