Kimlər üçün

İş sahələri və qapalı məkanlarda atmosferik qaz nümunələrinin götürülməsini həyata keçirən bütün işçi heyəti

Müddəti

3 gün

Məqsəd

Effektiv və tutarlı qaz mühitinə nəzarət proseduralarını həyata keçirməyə imkan vermək üçün qaz mühitinə nəzarət edən  laborant-kimyaçını lazımi informasiyalarla təmin etmək.

Təlimin məzmunu

  • Atmosferdə müxtəlif oksigen çatışmazlığı, toksik və  tez alışan qaz üzrə Fərdi Müdafiə Ləvazimatının (FML)  seçilməsi, istifadəsi və ona qulluq
  • O2, tez alışan və toksik qazı aşkar edən avadanlıqların müxtəlif növlərinin güclü və zəif tərəfləri
  • Təşkilati və nizamnamə tələblərinin tətbiq edilməsi
  • Tez alışan qazlar üzrə EH40-ın (SƏTƏM-in iş yerində təsir hüdudu) tətbiq edilməsi
  • Toksik, tez alışan və ya Sağlamlıq üçün Təhlükəli olan atmosferdə işləmək ilə bağlı təhlükələr
  • İşə Buraxılma sistemi ilə və daxilində necə işləmək
  • Əməliyyat tələbləri – siyasət, prosedura, təlimat, tikinti norma, qayda və standartlarını necə izah etmək
  • Testlərin tezlik diapazonu və onların qəbul edilən məhdudiyyətləri
  • Qapalı məkanlara daxil olmaq üçün tətbiq edilən qaz mühitinə nəzarət edilməsi prinsipləri
  • Oksigen çatışmazlığı, tez alışan və toksik qazlar üzrə testdən keçirilən istehsal əməliyyatının növü
  • Müvafiq əməliyyat təlimatlarının necə əldə edilməsi və izahı
  • Oksigen çatışmazlığı və zəngin olması, azot və məkana münasib olan mütəxəssis materialları daxil olmaqla tez alışan və toksik qazların təhlükəsi və xüsusiyyətləri
  • Müvafiq tətbiqetmə üzrə istifadə edilən detektorların müxtəlif növləri
  • Hər bir qaz atmosferinə nəzarətin tətbiq edilməsi üçün müvafiq detektoru necə quraşdırmaq və onun hazırda işləməsini necə təsdiq etmək
  • Test aparılan atmosferin təqdim edilən nümunəsini əldə etmək üçün sorucu və qeyri-sorucu detektorlar arasında düzgün seçimin necə edilməsi
  • Atmosferin monitorinqi və ölçmə avadanlıqları, habelə onların güclü, zəif cəhətləri və onların tez-tez müşahidə olunan nasazlığı daxil olmaqla əməliyyat prinsipləri
  • Oksigen çatışmazlığı, toksik və ya tez alışan mühit daxilində əməliyyatların potensial kumulyativ təsirləri
  • Normal və qeyri-normal nəticələri necə izah etmək
  • Tez alışan və toksik qazların qəbul edilən səviyyələri və oksigenin düzgün miqdarı
  • Müxtəlif qazların iş rejimi
  • Qapalı sahəyə daxil olmaq üçün hazırkı yoxlama avadanlıqlarını harada yerləşdirmək
  • Qapalı məkanlardan təqdimat üçün nəzərdə tutulan atmosfer nümunəsini necə əldə etməli

Qiymət

$175

Əsas məlumat

  • Yer OTI Təlim Mərkəzi, Bakı, Azərbaycan
  • Başlama vaxtı 9.00
  • Müddəti 3 gün
  • Qiymət (ƏDV xaric) $175
  • Etibarlılıq 3 il
  • Akkreditasiya OPITO