Kimlər üçün

Bu kurs fövqəladə hadisə zamanı Fövqəladə Hallarla Mübarizə Komandasının Lideri və ya Hadisə Yerində Fövqəladə Hallarla Mübarizə üzrə Rəhbərin vəzifəsini icra etməsi tələb olunan şəxslər üçün nəzərdə tutulmuşdur.

Kurs iştirakçıları bundan əvvəl Son Dərəcə Təhlükəli Fövqəladə Vəziyyətlərin İdarə Olunması Təlimində iştirak etmiş olmalı və ya Komanda Lideri və ya Hadisə Yerində Fövqəladə Hallarla Mübarizə üzrə Rəhbər vəzifəsinin icra olunmasında müvafiq keçmiş iş təcrübəsinə malik olmalıdır.

Müddəti

2 gün

Məqsəd

Bu kursun məqsədlər iştirakçıların Hadisə Yerində Fövqəladə Hallarla Mübarizə üzrə Rəhbərin vəzifələrini icra etməsi üçün zəruri olan təcrübə və prosedurları tam anlamasını təmin etməkdir.

İştirakçılar, həmçinin fövqəladə vəziyyətlərə müdaxilə edərkən həmin hadisələrə nəzarət üçün cavabdehlik daşıyan digər vəzifələrin necə icra olunduğunu və bir-biri ilə qarşılıqlı əlaqəsini də anlayacaq.

Bu kurs eyni zamanda iştirakçılara fövqəladə vəziyyət ssenarilərində iştirak etmək və kurs müddətində fövqəladə vəziyyətlərin idarə olunmasına dair mənimsənilmiş proses və bacarıqları tətbiq etmək imkanı yaradacaq.

Təlimin məzmunu

1-Cİ GÜN

  • OSC-in (Hadisə Yerində Fövqəladə Hallarla Mübarizə üzrə Rəhbər) hadisə yerində vəzifələri.
  • Hadisə Yerində Fövqəladə Hallarla Mübarizə üzrə Rəhbərin yanğın komandasının lideri və ECC (Fövqəladə Hallara Nəzarət Mərkəzi) ilə əlaqələri.
  • Rəhbərlik etmək.
  • İnsidentlərə nəzarət sistemindən istifadə etməklə insidentləri idarə etmək.
  • İşçilərdən simulyasiya edilmiş hadisənin hər bir mərhələsində öz vəzifə öhdəliklərini, xüsusilə də əlaqələrin idarə olunmasını necə həyata keçirəcəklərini təsvir etmək tələb olunduqda yaradılan simulyasiya modeli. Fövqəladə hadisə yerini göstərmək və müvafiq fövqəladə vəziyyətin real görüntüsünü təqdim etmək üçün istifadə olunan ərazinin rəqəmsal platformada təkmilləşdirilmiş şəkilləri və planları.
  • Kommunikasiya, kommunikasiya ilə əlaqəli maneələr, effektiv kommunikasiya əldə etməyin üsulları, məlumatların ərazidəki rəhbər heyətə ötürülməsi, təlimatlara əməl olunmasının təsdiqi, başa düşülməsi və təmin edilməsi.
  • Ərazi planları və fövqəladə hadisə yerini nümayiş etdirən rəqəmsal platformada təkmilləşdirilmiş şəkillərdən istifadə etməklə yaradılan simulyasiya modeli. Fövqəladə hallara müdaxilənin digər sahələrində iştirak edəcək işçilər. OSC-nin kommunikasiya və daha geniş təsvirin idarə olunması üzrə bacarıqlarını inkişaf etdirmə məşğələsi.

2-Cİ GÜN

  • Stress
  • Stressin əlamətləri, onun fövqəladə hal planına təsiri, özündəki stressi idarə etməyin yolları, fövqəladə hadisə zamanı stressi azaltmağın qaydaları və stressli işçilərə dəstək göstərmək və onları idarə etməyin üsulları ilə tanışlıq.
  • İnsidentin yerində həlli taktikalarının nəzərdən keçirilməsi
  • İnsidentə yanaşmanın, tənəffüs aparatından istifadənin, fövqəladə işçi heyətinin təhlükəsizliyinin, ətrafdakı təhlükələrin, qaz buraxılmaları, maye karbohidrogen sızmalarının və təzyiq çənlərinin idarə olunması.
  • Partlayış və yanğının baş verdiyi yerlərdə məşğələlər. Yanğınsöndürmə komandasının heyətindən və kurs personalından OSC və digər əlaqədar şəxslər (ECC, tibbi, təhlükəsizlik və s. kimi) kimi istifadə edilməsi.
  • Qaz buraxılması hadisəsinin idarə olunması prosesində işçiləri məşq etdirmək üçün nəzərdə tutulmuş məşğələ. Yayılmanın idarə olunması və təhlükələrin ətrafdakı qurğulara və insanlara təhlükə yaratmasına nəzarət olunması.
  • Kurs haqqında məlumatın alınması və kursun icmalı

Qiymət

$1200

Əsas məlumat

  • Yer Sifarişçinin İş Sahəsi
  • Başlama vaxtı 9.00
  • Müddəti 2 gün
  • Qiymət (ƏDV xaric) $1200
  • Etibarlılıq 4 il
  • Akkreditasiya