Kimlər üçün

Bu proqram Fövqəladə Hallarla Mübarizə Komandasının üzvləri kimi xidmət edən işçilərin (və ya bənzər yanğınla mübarizə vəzifəsini icra etmək üçün təyin olunan digər şəxslərin) ilkin təlim şərtlərinə cavab verməsi üçün nəzərdə tutulmuşdur.

Müddəti

3 gün

Məqsəd

Nümayəndələri fövqəladə hallarla mübarizə komandasının üzvü vəzifəsini icra etmək və bu vəzifədə öz qabiliyyətlərini nümayiş etdirə bilmək üçün lazım olan əlavə bacarıqlarla təmin etmək.

Təlimin məzmunu

1-Cİ GÜN

  • Kursa Qeydiyyat və Tanışlıq
  • Yanma, yanğının təsnifatı, alovun yayılması, odsöndürənlər və yanğınsöndürmə üsulları
  • Komanda işinin elementləri
  • Kommunikasiya. Kommunikasiyanın müxtəlif növləri və onlardan istifadə
  • FMV – onların yoxlanılması, istifadəsi və texniki qulluğu
  • Müxtəlif daşına bilən yanğınsöndürmə avadanlıqlarından praktik istifadə
  • Yanğınsöndürən şlanqlarla iş
  • Suyun mühafizəsi
  • Böyük yanğın alovları barədə məlumatlılıq
  • İstifadə olunmuş avadanlıqların təmizlənməsi
  • Sual-cavab

2-Cİ GÜN

  • Sıxılmış Havada Qəza Nəfəsalma Aparatı (SCBA) ilə tanışlıq
  • Nəfəsalma aparatından istifadə öncəsi və gündəlik yoxlamalar
  • SCBA-nın düzgün geyinilmə və çıxarılma üsulları
  • Nəfəsalma aparatına nəzarət prosedurları
  • Axtarış və xilasetmə texnikaları
  • Zərərçəkənlərin daşınması və xilasetmə avadanlıqları (xilasedici xərəklər)
  • Axtarış və xilasetmə əməliyyatları üçün nəfəsalma aparatlarından praktik istifadə
  • Köpük və köpük əmələ gətirmə avadanlıqlarının nəzəriyyəsi
  • Sızma və çən yanğınları zamanı yanğınsöndürən köpükdən praktik istifadə
  • İstifadə olunmuş avadanlıqların təmizlənməsi
  • Sual-cavab

3-CÜ GÜN

  • Qapalı məkanda xilasedici avadanlıqlar və texnikalar
  • Qapalı məkanda xilasedici xərək və müxtəlif xilasedici avadanlıqlardan istifadəni tələb edən, zəhərli qaz emissiyası və zərərçəkənlərin xilas edilməsi ilə bağlı xilasetmə məşğələləri
  • Qapalı məkanda yanğınsöndürmə üsulları
  • Praktik məşğələ: Qapalı məkanda yanğınsöndürmə, nəfəsalma aparatından istifadə, nəfəsalma aparatına nəzarət lövhəsi, axtarış və xilasetmə
  • Bir sıra kiçik praktik məşğələlər qapalı və açıq məkanlarda canlı yanğınlarla bağlı bir insident kimi həyata keçirilir.
  • Müvafiq yanğınsöndürmə avadanlıqları, sabit qurğular, nəfəsalma aparatları, xilasedici avadanlıqlardan istifadə
  • Kommunikasiya
  • İstifadə olunmuş avadanlıqların təmizlənməsi
  • Sual-cavab

Qiymət

900$

Əsas məlumat

  • Yer OTI Təlim Mərkəzi, Bakı, Azərbaycan
  • Başlama vaxtı 9.00
  • Müddəti 3 gün
  • Qiymət (ƏDV xaric) 900$
  • Etibarlılıq 2 il
  • Akkreditasiya