Kimlər üçün
Kurs dənizdə çalışan bütün personal üçün nəzərdə tutulmuşdur.
Müddəti
21 saat 5 dəqiqə
Məqsəd
Sənaye sahəsinə yeni daxil olanların və dənizdə iş təcrübəsinə malik olan, lakin müvafiq qurğularla işləmək sahəsində fəaliyyətə yeni başlayanların aşağıdakıları səriştə ilə icra etmələrini təmin etmək:
- Təhlükəsizlik texnikasının tələblərinə müraciət
- Quraşdırma zamanı təhlükə mənbələrinin nəzarət altında saxlanılması
- Qəza halında hərəkətlər
- Şəxsi təhlükəsizlik avadanlıqlarından istifadə
- SƏTƏM üzrə fərdi öhdəliklərin yerinə yetirilməsi
Təlimin məzmunu
- Dənizdə təhlükəsizliyin əsaslarıyla tanışlıq
Dənizdə təhlükəsizliyə dair qanunvericilik
Dənizdə risklər barədə məlumat
Sağlamlıq və təhlükəsizlik məsələləri üzrə öhdəliklər
Qurğuda qəza hallarına hazırlıq
- Helikopterda təhlükəsizlik və qəza vəziyyətindən çıxış təlimi
Helikopterla tanışlıq
Uçuşa-qədər, uçuş və tərketmə zamanı prosedurlar
Helikopterda qəza vəziyyətləri
- Qəza halında nəfəsalma ssistemi (EBS)
Quru mühitdə istifadə qaydaları
Suda istifadə qaydaları
- Dənizdə xilasolmanın yolları
Platformada qəza siqnalları
Dəniz platformalarında xilasetmə avadanlıqları (xilasedici jiletlər, xilasedici sallar, xilasedici qayıqları)
Praktik məşğələlər
- Dənizdə ilk yardım
İlkin qiymətləndirmə
Suni nəfəs vermə və ürəyin qapalı masajı (CPR)
Qanaxma və şok vəziyyətinin tənzimlənməsi
- Yanğınsöndürmənin əsasları və özünü xilas etmə texnikaları
Yanma üçbucağı nəzəriyysi
Alovun yaılıması
Yanğınsöndürmə vasitələri (su, quru toz, köpük, CO2, yaş kimyəvi maddələr)
Göyərtədə yanğının əsas səbəbləri
Göyərtədə sabit sistem
Əllə daşına bilən yanğınsöndürənlərdən praktik istifadə qaydaları
Özünü-xilasetmə texnikaları
Tənəffüs yollarını mühafizə edən avadanlıqlar
Praktik özünü-xilasetmə