Kimlər üçün
Yüksək səviyyəli problem həll etmə bacarıqlarının əldə olunması və ya təkmilləşdirilməsi ilə maraqlanan istənilən şəxs bu kursdan faydalanacaq. Texniki qulluq və etibarlılıq problemlərinin həlli və avadanlıq və sistemlərdə gələcəkdə baş verə biləcək nasazlıqların qarşısının alınmasına görə cavabdehlik daşıyan şəxslər, o cümlədən texniklər, mühəndislər, supervayzerlər və menecerlər üçün nəzərdə tutulmuşdur.
Müddəti
1 gün
Məqsəd
Bu kursun məqsədi iştirakçıların problemlərin həlli və ya qarşısının alınması üçün nələr edə biləcəklərini müəyyənləşdirmək məqsədilə onların səbəblərinin müəyyənləşdirilməsi və təhlili proseduru kimi əsas səbəbi təhlil etməsinə imkan yaratmaqdır.
Bu kurs problemlərin əsas səbəblərini müəyyənləşdirmək məqsədilə sistemin təhlil olunma qaydasını iştirakçılara izah etmək üçün nəzərdə tutulmuşdur.
Təlimin məzmunu
- Giriş
- Əsas Səbəblərin Təhlili (RCA) nədir?
- RCA necə işləyir?
- RCA-nızı daha effektiv şəkildə aparmağın yolları
- Müsahibə götürmə üsulları
- İcmal