Kimlər üçün
Kurs sağlamlıq üçün zərərli olan maddələrlə işləmək üçün səfərbər edilə biləcək bütün personal üçün nəzərdə tutulmuşdur.
Müddəti
1 gün
Kursu bitirdikdən sonra tələbələr aşağıdakı bacarıqlara yiyələnəcəklər:
- Zərərli maddələrə məruz qalmağın sağlamlığa mənfi təsirlərini izah etmək
- Sağlamlığa zərərli maddələrin qiymətləndirmə mərhələlərini təsvir etmək
- Bu cür maddələrə məruz qalma ehtimalını azaltmaq və ya bu cür halların qarşısını almaq üçün nəzarət tədbirlərini təsvir etmək
- Sağlamlıq üçün zərərli maddələrə məruz qalma ehtimalının mövcud olduğu şəraitdə təhlükəsiz iş sisteminin əməli tətbiqini nümayiş etdirmək
- İş yerində kimyəvi maddələri yerbəyer etmək
- Kimyəvi preparat və maddələrin fiziki formalarını və zərərli xüsusiyyətlərini dərk etmək
- Müxtəlif növ etiketləri tanımaq və onların mənasını anlamaq
Məqsəd
Zərərli maddələrə məruz qalmağın sağlamlığa mənfi təsirlərini müəyyən edərək bu cür təsirlərin qarşısını almaq və onlardan qorunmaq üçün tələb olunan nəzarət tədbirlərini izah etmək
Təlimin məzmunu
- Kimyəvi maddələrin idarə olunması (sistemli yanaşma)
- Kimyəvi preparat və maddələrin fiziki formaları və zərərli xüssiyyətləri
- Bədənə daxil olma yolları
- Qabların etiketlənməsi (simvollar və onların mənaları)
- Video material
- Nəzarət üsulları
- İş yerində təhlükəsizlik tədbirləri
- Risklərin qiymətləndirilməsi
- Başlıca idarəetmə fəaliyyət növləri
- Spesifikasiyalar və istehsalçı tərəfindən verilən məlumatlar
- Göz Yuma Məntəqələri və Qəza Duşxanaları
Qiymət
$80