Kimlər üçün
Təhlükəli mallarla işləyən yükgöndərənlər, qablaşdırıcılar, ekspeditorlar və yükdaşıma agentləri, həmçinin təhlükəli malların daşınması üçün cavabdehlik daşıyan təhvil-təslim heyəti üçün.
Müddəti
5 gün
Məqsəd
Nümayəndələri İATA-nın (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) Təhlükəli Malların Daşınması Qaydalarına əməl olunmasının təmin edilməsi üçün tələb olunan biliklə təmin etmək.
Təhlükəli mallarla əlaqəli əməliyyatlarda iştirak edən işçilərə 2008-ci il tarixli İMDG Məcəlləsinə (Dəniz yolları ilə təhlükəli yüklərin daşınmasına dair Beynəlxalq Məcəllə) əsasən tələb olunan təlimin verilməsi.
Təlimin məzmunu
- Təhlükəli Malların Daşınmasının ümumi fəlsəfəsi
- Təhlükəli Malların Hava Nəqliyyatı ilə Daşınması qaydalarının tətbiqi
- Müəyyən Təhlükəli Malların hava nəqliyyatı ilə daşınmasına dair məhdudiyyətlər
- Təhlükəli Malların təsnifatı və müəyyənləşdirilməsi
- Etiketləmə və nişanlama
- Sənədləşdirmə
- Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya
- Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında Beynəlxalq Konvensiya
- İMDG Məcəlləsi
- Təhlükələrin təsnifatı
- Təhlükəli malların qablaşdırılması
- Qablaşdırma spesifikasiyaları
- Nişanlama və etiketləmə
- Sənədləşdirmə
- Saxlama və seqreqasiya tələbləri
- Gəmilərin içində saxlama yeri
Qiymət
$650