Kimlər üçün
Qaldırma əməliyyatları zamanı Slinger/Signaller rolu üçün irəli sürülən personal
Müddəti
2 gün
Təlimin məzmunu
- Yükün qaldırma xüsusiyyətləri ilə əlaqəli şifahi/yazılı məlumatları izah etmək qaydası
- Yükün (yük və qaldırıcı avadanlığın) çəkisini müəyyənləşdirmək qaydası
- Yükün zədələnməsinin qarşısını almaq üçün yükün konstruksiyasını müəyyənləşdirmək qaydası
- Yazılı məlumat olmadan yüklərin çəkisini təxmin etmək üsulları
- Müvafiq tapşırıq üçün uyğun qaldırıcı avadanlıq (zəncir, toxunmuş qaldırıcı kəmər, qandal, qaldırıcı dirək və s.) növünün müəyyənləşdirilməsi və seçilməsi
- Qaldırıcı avadanlıqların qanunla müəyyən olunmuş tələblərə uyğunluğunu yoxlama prosedurları
- Qanunla müəyyən olunmuş tələblərə cavab verməyən qaldırıcı avadanlıqların təcrid prosedurları
- Qaldırıcı avadanlıqlarla (kran və s.) bağlı ilməkçi siqnalçının cavabdehliyində olmayan problemlərin məruzə edilmə qaydaları
- Hərəkət etdirilən yüklərin zədələnmədən qorunması üsulları (müvafiq qablaşdırmadan istifadə)
- Qaldırıcı avadanlıqlardakı yükün qaldırıcı dirəklərdən istifadə zamanı əzilməsinin qarşısının alınması
- İlməkçi və kran operatoru arasında razılaşdırılmış əlaqə üsulu yaratmaq
- Təsdiqlənmiş əl siqnalları və/və ya iki istiqamətli radiodan istifadəyə ehtiyac
- Ekoloji vəziyyətin nəzərə alınması
- Təsdiq Olunmuş Təhlükəsiz Yükqaldırma Planı
- Təsdiq olunmuş təhlükəsiz yükqaldırma planından istifadə qaydasını izah etmək
- Yükün xüsusiyyətlərini (ağırlıq mərkəzi, təhlükəsizlik, növ və s.) izah etmək
- Tələb olunan kran növünü və yükqaldırma qabiliyyətini müəyyənləşdirmək
- Hava şəraitinin (külək, qar, buz və s.) təsirlərini izah etmək
- Yük qaldırıcı kəmərlərin tənzimləmələrini (kəmərlərin bucağı, kəmər seçimi və s.) izah etmək və başa salmaq
- Qablaşdırmadan necə və nə vaxt istifadə olunmasını və yükçəkən kanatları bağlamağın qaydasını izah etmək
- Təyin edilmiş şəxslərin vəzifə və öhdəliklərini izah etmək
- İlməkçi siqnalçının vəzifə və öhdəliklərini izah etmək
- İşçi və avadanlıqların bir-birinə yaxın məsafədə işləməsi ilə bağlı riskləri izah etmək və müəyyənləşdirmək
- Yükün haradan qaldırılıb hara qoyulmasının başa düşülməsi üçün onun səbəblərini izah etmək
- Qaydalar və Texniki Normalar
- Yükqaldırma Əməliyyatları və Yükqaldırma Avadanlıqları haqqında Qaydalar (LOLER 1998) izah etmək
- LOLER ilə İş Avadanlıqlarının Təchizatı və İstifadəsi Qaydaları (PUWER 1998) arasındakı əlaqəni izah etmək
- İş Yerində Sağlamlıq və Əməyin Təhlükəsizliyi Aktı (HASAWA 1974) üzrə vəzifə və öhdəlikləri izah etmək
- İş planı, risklərin qiymətləndirilməsi, işləməyə icazənin verilməsi məsələlərini izah etmək
Qiymət
$135 bir gün ücün