Kimlər üçün

Helikopter meydançasında fövqəladə hallarla mübarizə komandası liderinin vəzifəsini dənizdə quraşdırılan platforma və gəmilərin göyərtəsində icra etmək üçün təyin edilmiş şəxsi heyət üçün.

Müddəti

4 gün

Məqsəd

Heyətin ilkin təlim almasını və HERTL vəzifəsini təhlükəsiz və effektiv şəkildə icra etmək üçün lazım olan bilik və bacarıqlara malik olmasını təmin etmək.

Təlimin məzmunu

  • Helikopter meydançasında fövqəladə hallarla mübarizə komandasının öz vəzifə, məsuliyyət və qəza-xilasetmə işləri üzrə öhdəliklərindən xəbərdar olması;
  • HLO (helikopterin eniş nəzarətçisi) və HDA-ın (helikopter meydançası işləri üzrə köməkçi) dənizdəki vəzifə və öhdəlikləri;
  • Fövqəladə hadisələr üçün əvvəlcədən planlaşdırılmış tədbirlər;
  • Təhlükəsizlik və fövqəladə vəziyyət avadanlıqlarının quraşdırılması, yerləşdirilməsi və istifadəsi;
  • Dənizdə yerləşən iş yerində fövqəladə təlimlərlə yanaşı quruda təlimlərin keçirilməsinin zəruriliyinin səbəbi;
  • Qəza-xilasetmə ssenariləri;
  • HLO və helikopter meydançasında fövqəladə hallarla mübarizə komandası arasında qarşılıqlı əlaqə;
  • Əlaqələr;
  • İnsan faktorları və qəza-xilasetmə işləri;
  • Praktik yanğınsöndürmə və xilasetmə işləri.

Qiymət

$2400

Əsas məlumat

  • Yer OTI Təlim Mərkəzi, Bakı, Azərbaycan
  • Başlama vaxtı 9.00
  • Müddəti 4 gün
  • Qiymət (ƏDV xaric) $2400
  • Etibarlılıq 2 il
  • Akkreditasiya OPITO