Kimlər üçün

Bu təlim iş yerində icra edə bilmədikləri vəzifələri ilə əlaqəli bilik və bacarıqlarını yeniləmək və artırmaqla öz OPITO (Dəniz neft sənayesi üçün peşəkar hazırlıq təşkilatı) HERTL (Helikopter meydançasında fövqəladə hallarla mübarizə komandasının lideri) sertifikatlarının yenidən yoxlanılması tələb olunan OPİTO tərəfindən sertifikatlaşdırılmış və hal-hazırda təyin olunan HERTL-lər üçün nəzərdə tutulmuşdur.

Müddəti

2 gün

Məqsəd

İş yerində tamamlana bilməyən HERTL təliminin elementlərini yeniləmək və helikopter əməliyyatları, sistemlər, müvafiq qanunvericilik və normativ aktlara son 2 ildə (təxminən) edilən əsas dəyişikliklər barədə HERTL-lərə məlumat vermək.

Təlimin məzmunu

Helikopter meydançasında fövqəladə hallarla mübarizə komandasının öz vəzifə, məsuliyyət və qəza-xilasetmə işləri üzrə öhdəliklərindən xəbərdar olması;

HLO (helikopterin eniş nəzarətçisi) və HD-ın (helikopter meydançası işləri üzrə köməkçi) dənizdəki vəzifə və öhdəlikləri;

Fövqəladə hadisələr üçün əvvəlcədən planlaşdırılmış tədbirlər;

Təhlükəsizlik və fövqəladə vəziyyət avadanlıqlarının quraşdırılması, yerləşdirilməsi və istifadəsi;

Dənizdə yerləşən iş yerində fövqəladə təlimlərlə yanaşı quruda təlimlərin keçirilməsinin zəruriliyinin səbəbi;

Qəza-xilasetmə ssenariləri;

HLO və helikopter meydançasında fövqəladə hallarla mübarizə komandası arasında qarşılıqlı əlaqə;

Əlaqələr;

İnsan faktorları və qəza-xilasetmə işləri;

Praktik yanğınsöndürmə və xilasetmə işləri

Qiymət

$1200

Əsas məlumat

  • Yer OTI Təlim Mərkəzi, Bakı, Azərbaycan
  • Başlama vaxtı 9.00
  • Müddəti 2 gün
  • Qiymət (ƏDV xaric) $1200
  • Etibarlılıq 2 il
  • Akkreditasiya OPITO