Kimlər üçün

Bu təlim iş yerində icra edə bilmədikləri vəzifələri ilə əlaqəli bilik və bacarıqlarını yeniləmək və artırmaqla öz OPİTO (Dəniz Neft Sənayesi üçün Peşəkar Hazırlıq Təşkilatı) HERTM (Helikopter Meydançasında Fövqəladə Hallarla Mübarizə Komandasının Üzvləri) sertifikatlarının yenidən yoxlanılması tələb olunan, OPİTO tərəfindən sertifikatlaşdırılmış və hal-hazırda təyin olunan HERTM-lər üçün nəzərdə tutulmuşdur.

Müddəti

2 gün

  • Fövqəladə hallarla mübarizə zamanı soyuqqanlı qalmağın yolları.
  • Fövqəladə vəziyyətin öhdəsindən gələ bilmədikdə kömək istəmək.
  • HLO (helikopterin eniş nəzarətçisi) və digər komanda üzvləri ilə effektiv – aydın və konkret əlaqələr qurmaq.
  • Planın gedişatı barədə HLO-ya məlumat vermək.
  • Helikopter meydançasında qəza baş verdiyi halda istiqamət barədə HLO-ya müvafiq qaydada məlumat vermək.
  • Fövqəladə hallarla mübarizə işlərini effektiv şəkildə icra etmək.
  • Helikopter qəzası ilə bağlı yanğınsöndürmə əməliyyatlarını aparmaq.
  • HLO tərəfindən göstəriş verildikdə tənəffüs aparatından (BA) düzgün istifadə etmək.
  • Helikopterdə və helikopter meydançasında axtarış və xilasetmə texnikalarını effektiv şəkildə icra etmək.
  • Helikopter qəzası zamanı qeyri-yanğınsöndürmə əməliyyatlarına müdaxilə etmək.
  • Sabit və səyyar yanğınsöndürmə sistemlərindən effektiv şəkildə istifadə etmək.
  • Zərərçəkənlərin danışması texnikalarından düzgün qaydada istifadə etmək.
Tamamlama günləri

Məqsəd

Bu HERTM Əlavə Təlim Proqramının məqsədi HERTM-ya Offşor Helikopter Meydançasında Fövqəladə Hallarla Mübarizə Komandasının üzvləri kimi dənizdə icra edə bilmədikləri vəzifələri ilə əlaqədar helikopter qəzaları və fövqəladə vəziyyətlərdən çıxmaq üçün tələb olunan bacarıqları məşq etdirmək və qoruyub saxlamaq imkanı verməkdir.

Qiymət

$1200

Əsas məlumat

  • Yer OTI Təlim Mərkəzi, Bakı, Azərbaycan
  • Başlama vaxtı 9.00
  • Müddəti 2 gün
  • Qiymət (ƏDV xaric) $1200
  • Etibarlılıq 2 il
  • Akkreditasiya OPITO